Məşhur hüquq-müdafiə təşkilatlarının beynəlxalq koalisiyası Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı “görünməmiş repressiya dalğası” başlamasının ildönümü ilə bağlı bigə bəyanatla çıxış ediblər.
“Azərbaycan hökumətinin görünməmiş repressiyalara və insan haqlarını pozmasına başlamasından bir il keçsə də, ölkədə vəziyyət hələ də pisləşməkdə davam edir. “İdman-hüquq uğrunda” koalisiyası beynəlxalq ictimiayyəti Azərbaycan hakimiyyətini pisləməyə və ölkənin vətəndaş cəmiyyətini dəstəkləmək üçün konkret tədbirlər qəbul etməyə çağırırlar.
Bəyanatda hüquq müdafiəçisi Leyla Yunus, həyat yoldaşı Arif Yunusun, İntiqam Əliyevin, Rəsul Cəfərovun, Emin Hüseynovun, Xədicə İsmayılın və s. təqib və həbslərilə başlanan qalmaqallı işlər sadalanır.
Bir çox başqa hüquq müdafiəşiləri və jurnalistlərin təhlükəsizliklərini qoruya bilmələri üçün Azərbaycanı tərk etməyə məcbur olduqları qeyd edilir.
“Beynəlxalq ictimaiyyət öz diqqətini qovulması mümkünlüyü hələ də gözlənilən cəsarətli, müstəqil düşncəli insanlar üçün təhlükəli yer olan Azərbaycana cəmləməlidir” – deyə Jurnalistləri Müdafiə Komitəsinin nümayəndəsi Nina Oqnyanova qeyd edir.
Azərbaycanı çoxdan tərk etmiş siyasi mühacirlər Qənimət Zahid və Emin Millinin qohumlarının həbsləri isə vətəndaş cəmiyyətinə qarşı repressiyaların son nümunələridir.
“Onlar Azərbaycandakı hadislələr barədə həqiqətləri dedikdə hakimiyyət onların qohumlarını həbs etməkdən “yaxşı” bir şey düşünə bilmədi” deyə Article19-un rəhbəri Tomas Xıyuz bildirib.
Bütün bunlar ədalətsiz, siyasi motivli və qapalı məhkəmələr fonunda baş verir ki, burada hakimlərin ədalətliliyinə və vicdanlılığna ümid yoxdur.
L.Yunus və həyat yoldaşı, eləcə də Xədicə İsmayıl üzərində başlanan məhkəmələr bunun əyani nümunəsidir.
“İdman-hüquq uğrunda” koalisiyası Azərbaycan hakimiyyətini repressiyaları qurtarmağa, ölkədə insan haqları ilə bağlı situasiyanın yaxşılaşdırılması üçün konkret addımlar atmağa çağırır.
Biz Leyla və Arif Yunusların, Rəsul Cəfərovun, İntiqam Əliyevin, Xədicə İsmayılın və digər hüquq müdafiəçisi və jurnalistlərin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmaları ilə bağlı çağrışlarımızı təkrarlayırıq.
Leyla və Arif Yunusa təcili tibbi yardım göstərilməsini və humanitar səbəblərlə bağlı azad olunmalarını tələb edirik.
Biz beynəlxalq ictimaiyyəti Azərbaycandakı vəziyyəti daim diqqət mərkəzində saxlamağa çağırırıq, çünki, sonuncu tənqidi səslərlə haqq-hesab çəkmək təhlükəsi olduqca realdır. Bu insanları qorumaq və dəstəkləmək üçün təxirəsalınmaz və konkret fəaliyyətlər zəruridir”deyə başa çatan bəyanatı “89-up”, “Article-19”, Jurnalistləri Müdafiə Komitəsi, “İndex Censorship”, İnsan Haları üzrə Beynəlxalq Federasiya, Hüquq müdafiəçilərinin hüquqlarının müdafiəsi üzrə Observatoriya, İMS (Mediaya Beyənlxalq Dəstək), Amerika PEN Mərkəzi, “People in need”, Belorusla Həmrəylik Platforması, İşgəncələrə qarşı beynəlxalq təşkilatı imzalayıblar.