Azərbaycanda matəm elan olunub

Baş vermiş qəzada 32 nəfər xilas olub, 1 nəfər həlak olub, 30 nəfər isə itkin düşüb

Source:


Baş vermiş qəzada 32 nəfər xilas olub, 1 nəfər həlak olub, 30 nəfər isə itkin düşüb

Dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq ölkə ərazisində matəm elan olunub.

Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev qərar verib.

Baş vermiş qəzada 32 nəfər xilas olub, 1 nəfər həlak olub, 30 nəfər isə itkin düşüb.

Hazırda itkin düşənlərlə bağlı axtarış-xilasetmə tədbirləri davam edir.

Ana səhifəXəbərlərAzərbaycanda matəm elan olunub