Ölkədə yoluxma sayı 4403 nəfərdir
Dekabrın 9-da Azərbaycanda 42 şəxs yeni koronavirus infeksiyasından ölüb.
Bu barədə məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargah 4 403 adamın infeksiyaya yoluxduğunu, 2919 nəfərin isə müalicə olunaraq sağaldığını bildirib.
Operativ qərargah Azərbaycanda indiyə qədər 158 min 555 nəfərin COVİD-19 infeksiyasına yoluxduğunu vurğulayıb:
“Onlardan 96 min 330 nəfər müalicə olunaraq sağalıb, 1755 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 60470 nəfərdir”.
Eyni zamanda, ötən müddətdə 1 milyon 884 min 578 testin aparıldığı qeyd edilib:
“Bugünkü test sayı isə 19066-dır”.
Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2021-ci ilin 31 yanvar tarixinə qədər uzadılıb. Nazirlər Kabineti 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edib.