Azərbaycanda koronavirusa yoluxma artıb

Operativ Qərargah: “101 nəfər yoluxub, 2 nəfər vəfat edib”

Source: Meydan TV


Operativ Qərargah: “101 nəfər yoluxub, 2 nəfər vəfat edib”

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 101 yeni yoluxma faktı qeydə alınıb.

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Bildirilir ki, 63 nəfər müalicə olunaraq sağalıb, analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Operativ Qərargah açıqlayıb ki, indiyədək ölkədə ümumilikdə 336 223 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib: “Onlardan 330 338 nəfər müalicə olunaraq sağalıb, 4 977 nəfər vəfat edib, aktiv xəstə sayı 908 nəfərdir”.

“Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9851, ötən müddət ərzində isə ümumilikdə 3 767 982 test aparılıb”, – deyə məlumatda qeyd edilir.

Ana səhifəXəbərlərAzərbaycanda koronavirusa yoluxma artıb