7 nəfərin vəfat etdiyi bildirilir
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 515 yeni yoluxma faktı qeydə alınıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilir ki, 201 nəfər müalicə olunaraq sağalıb, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Qəragahın məlumatına görə, Azərbaycanda indiyədək ümumilikdə 237 775 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 230 116 nəfər müalicə olunaraq sağalıb, 3 257 nəfər vəfat edib, aktiv xəstə sayı 4 402 nəfərdir.
Ölkədə son sutka ərzində 8462, hazırkı dövrədək isə 2671613 test aparılıb.