Azərbaycanda koronavirusa 933 yeni yoluxma

“Analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib”

Source: Meydan TV


“Analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib”

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 933 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, 256 nəfər sağalaraq evə buraxılıb, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 243 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib: “Onlardan 231 894 nəfər müalicə olunaraq sağalıb, 3 314 nəfər vəfat edib, aktiv xəstə sayı 8216-dır”.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 188, bu günə qədər isə ümumilikdə 2 746 681 test icra olunub.

Ana səhifəXəbərlərAzərbaycanda koronavirusa 933 yeni yoluxma