Azərbaycanda koronavirusa 2132 adam yoluxub

Mənbə: Meydan TV

“26 xəstə vəfat edib”

Oktyabrın 29-da Azərbaycanda 2132 adam COVID-19 infeksiyasına yoluxub, 1 757 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 26 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 526 920 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 490 789 nəfər müalicə olunaraq sağalıb, 7 021 pasiyent ölüb. Aktiv xəstə sayı 29110 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 753, ötən müddətdə isə 5 169 788 testin aparıldığı göstərilib.

Ana səhifəXəbərlərAzərbaycanda koronavirusa 2132 adam yoluxub