Azərbaycanda koronavirus: 984 yoluxma

Foto: Meydan TV

“12 xəstə vəfat edib”

Dekabrın 16-da Azərbaycanda 984 adam COVID-19 infeksiyasına yoluxub, 1748 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 12 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 608 min 60 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 582 min 243 nəfər müalicə olunaraq sağalıb, 8 min 149 pasiyent ölüb. Aktiv xəstə sayı 17 min 668 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 440, bu günə qədər isə 5 milyon 718 min 629 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 984 yoluxma