Azərbaycanda koronavirus: 7474 yoluxma

Source: Meydan.TV

“25 xəstə vəfat edib”

Fevralın 6-da Azərbaycanda 7474 nəfər COVID-19 infeksiyasına yoluxub, 4840 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 25 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 698 min 654 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 646 min 378 nəfər müalicə olunaraq sağalıb, 8 min 871 pasiyent ölüb. Aktiv xəstə sayı 43 min 404 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 min 43, bu günə qədər isə 6 milyon 267 min 457 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 7474 yoluxma