''5 pasiyent vəfat edib''
İyunun 6-da Azərbaycanda 68 adam COVİD -19 infeksiyasına yoluxub, 274 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 5 pasiyent vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 334 min 715 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
"Onlardan 326 min 893 nəfər müalicə olunaraq sağalıb, 4941 xəstə ölüb. Hazırda aktiv xəstə sayı 2881 nəfərdir".
Qərargah ötən müddətdə 3 milyon 567 min 745 testin aparıldığını vurğulayıb:
"Bugünkü test sayı isə 7794-dür".