Azərbaycanda koronavirus: 6620 yoluxma

Source: Meydan TV

“24 xəstə vəfat edib”

Fevralın 2-də Azərbaycanda 6620 adam COVID-19 infeksiyasına yoluxub, 3 385 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 24 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 670 313 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 630 727 nəfər müalicə olunaraq sağalıb, 8 779 pasiyent ölüb. Aktiv xəstə sayı 30807 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 797, ötən müddətdə isə 6 191 130 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 6620 yoluxma