Azərbaycanda koronavirus: 645 yoluxma

Source: Meydan.TV

577 xəstə sağalıb”

Yanvarın 12-də Azərbaycanda 645 adam COVID-19 infeksiyasına yoluxub, 577 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 9 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 622 min 881 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 606 min 888 nəfər müalicə olunaraq sağalıb, 8 min 480 pasiyent ölüb. Aktiv xəstə sayı 7 min 513 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 746, bu günə qədər isə 5 milyon 968 min 349 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 645 yoluxma