Azərbaycanda koronavirus: 608 yeni yoluxma

5 nəfərin vəfat etdiyi bildirilir

Source: Meydan TV


5 nəfərin vəfat etdiyi bildirilir

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 608 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, 128 nəfər sağalaraq evə buraxılıb, analiz nümunələri müsbət çıxan 5 nəfər isə vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 238 383 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib: "Onlardan 230 244 nəfər müalicə olunaraq sağalıb, 3 262 nəfər vəfat edib, aktiv xəstə sayı 4 877-dir".

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 503, bu günə qədər isə ümumilikdə 2 682 116 test icra olunub.

Ana səhifəXəbərlərAzərbaycanda koronavirus: 608 yeni yoluxma