Azərbaycanda koronavirus: 6 yoluxma, 4 sağalma

Mənbə: Meydan TV

“Ölüm halı qeydə alınmayıb”

Aprelin 25-da Azərbaycanda 6 nəfər COVID-19 infeksiyasına yoluxub, 4 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bu gün analiz nümunələri müsbət çıxanlar arasında ölüm halı qeydə alınmayıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 min 502 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 782 min 650 nəfər müalicə olunaraq sağalıb, 9 min 707 pasiyent ölüb. Aktiv xəstə sayı 145 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 400, bu günə qədər isə 6 milyon 797 min 352 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 6 yoluxma, 4 sağalma