“12 xəstə vəfat edib”
Dekabrın 24-də Azərbaycanda 559 adam COVID-19 infeksiyasına yoluxub, 1104 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 12 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 613 min 618 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 592 min 828 nəfər müalicə olunaraq sağalıb, 8 min 269 pasiyent ölüb. Aktiv xəstə sayı 12 min 521 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 602, bu günə qədər isə 5 milyon 798 min 493 testin icra olunduğu göstərilib.