"Hazırda aktiv xəstə sayı 1638 nəfərdir"
İyunun 13-də Azərbaycanda 45 adam COVİD-19 infeksiyasına yoluxub, 182 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, bazar günü ölüm qeydə alınmayıb.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 335 min 171 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu göstərib:
"Onlardan 328 min 580 nəfər müalicə olunaraq sağalıb, 4953 xəstə vəfat edib. Hazırda aktiv xəstə sayı 1638 nəfərdir".
Qərargah ötən müddətdə 3 milyon 622 min 499 testin aparıldığını vurğulayıb:
"Bugünkü test sayı isə 7389-dur".