“Aktiv xəstə sayı 19 min 969 nəfərdir”
Yanvarın 29-da Azərbaycanda 4268 adam COVID-19 infeksiyasına yoluxub, 1486 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 17 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 651 min 341 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 622 min 672 nəfər müalicə olunaraq sağalıb, 8700 pasiyent ölüb. Aktiv xəstə sayı 19 min 969 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 min 091, bu günə qədər isə 6 milyon 134 min 952 testin icra olunduğu göstərilib.