Azərbaycanda koronavirus: 38 nəfər yoluxub

Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7254, ötən müddətdə isə 3668281 testin aparıldığı vurğulanıb.

Foto: Meydan TV


"Hazırda aktiv xəstə sayı 1014 nəfərdir"

İyunun 19-da Azərbaycanda 38 adam COVID-19 infeksiyasına yoluxub, 123 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bu gün koronavirusdan vəfat edənin olmadığı bildirilib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 335437 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğu qeyd olunub:

"Onlardan 329462 nəfər müalicə olunaraq sağalıb, 4961 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 1014 nəfərdir".

Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7254, ötən müddətdə isə 3668281 testin aparıldığı vurğulanıb.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 38 nəfər yoluxub