“887 xəstə sağalıb”
Dekabrın 28-də Azərbaycanda 376 adam COVID-19 infeksiyasına yoluxub, 887 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 16 xəstənin vəfat etdiyi qeyd olunub.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 615 312 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 596 545 nəfər müalicə olunaraq sağalıb, 8 324 pasiyent ölüb. Aktiv xəstə sayı 10 443 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 784, bu günə qədər isə 5 milyon 832 min 974 testin icra olunduğu icra olunub.