Azərbaycanda koronavirus: 364 yoluxub

Source: Meydan TV

7 xəstə vəfat edib

Yanvarın 1-də Azərbaycanda 364 adam COVID-19 infeksiyasına yoluxub, 605 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Analiz nümunələri müsbət çıxan 7 xəstənin vəfat etdiyi qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 617 min 311 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 600 min 151 nəfər müalicə olunaraq sağalıb, 8 min 365 pasiyent ölüb. Aktiv xəstə sayı 8 min 795 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 444, bu günə qədər isə 5 milyon 870 min 329 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 364 yoluxub