Azərbaycanda koronavirus: 33 xəstə vəfat edib

Foto: Meydan.TV

“825 adam yoluxub”

Noyabrın 22-də Azərbaycanda 825 adam COVID-19 infeksiyasına yoluxub, 1283 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 33 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 574 799 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 539 494 nəfər müalicə olunaraq sağalıb, 7 657 pasiyent ölüb. Aktiv xəstə sayı 27 648 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6199, ötən müddətdə isə 5 449 379 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 33 xəstə vəfat edib