Azərbaycanda koronavirus: 27 xəstə vəfat edib

Foto: Meydan.TV

“1855 nəfər koronavirusa yoluxub”

Oktyabrın 9-da Azərbaycanda 1855 adam COVID-19 infeksiyasına yoluxub, 2199 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 27 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 550 min 446 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 511 min 400 nəfər müalicə olunaraq sağalıb, 7 min 320 pasiyent ölüb. Aktiv xəstə sayı 31 min 726 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 367, bu günə qədər isə 5 milyon 301 min 252 testin icra olunduğu göstərilib.

Ana səhifəXəbərlərAzərbaycanda koronavirus: 27 xəstə vəfat edib