2 xəstə vəfat edib
İyunun 14-də Azərbaycanda 25 adam COVID-19 infeksiyasına yoluxub, 119 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 2 pasiyentin vəfat etdiyi qeyd olunub
Operativ Qərargah Azərbaycanda indiyədək ölkədə ümumilikdə 335 196 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
"Onlardan 328 699 nəfər müalicə olunaraq sağalıb, 4 955 adam ölüb. Hazırda aktiv xəstə sayı 1542 nəfərdir".
Qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 074, ötən müddətdə isə 3 627 573 testin aparıldığını vurğulayıb.