Azərbaycanda koronavirus: 24 xəstə vəfat edib

Foto: Meydan.TV

“7632 adam yoluxma”

Fevralın 10-da Azərbaycanda 7632 adam COVID-19 infeksiyasına yoluxub, 5797 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 24 xəstənin vəfat etdiyi qeyd olunur.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 725 min 777 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 665 min 909 nəfər müalicə olunaraq sağalıb, 8 min 972 pasiyent ölüb. Aktiv xəstə sayı 50 min 896 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 min 491, bu günə qədər isə 6 milyon 335 min 593 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 24 xəstə vəfat edib