Azərbaycanda koronavirus: 225 yoluxma, 583 sağalma

Foto: Meydan TV

“14 xəstə vəfat edib”

Martın 11-də Azərbaycanda 225 adam COVID-19 infeksiyasına yoluxub, 583 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, analiz nümunələri müsbət çıxan 14 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 790 min 378 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 778 min 543 nəfər müalicə olunaraq sağalıb, 9 mın 589 pasiyent ölüb. Aktiv xəstə sayı 2 min 246 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 161, bu günə qədər isə 6 milyon 622 min 919 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 225 yoluxma, 583 sağalma