“27 xəstə vəfat edib”
Noyabrın 18-də Azərbaycanda 2124 adam COVID-19 infeksiyasına yoluxub, 2669 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Qeyd olunub ki, analiz nümunələri müsbət çıxan 27 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 568 089 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 530 774 nəfər müalicə olunaraq sağalıb, 7551 pasiyent ölüb. Aktiv xəstə sayı 29 764 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 963, ötən müddətdə isə 5 405 244 testin aparıldığı göstərilib.