Azərbaycanda koronavirus: 212 yoluxma

“Hazırda aktiv xəstə sayı 2646 nəfərdir”.

Foto: Meydan TV


"92 nəfər sağalıb"

İyulun 22-də Azərbaycanda 212 adam COVID-19 infeksiyasına yoluxub, 92 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada analiz nümunələri müsbət çıxan 1 xəstənin vəfat etdiyi qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 339274 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

"Onlardan 331629 nəfər müalicə olunaraq sağalıb, 4999 ppasiyent ölüb. Hazırda aktiv xəstə sayı 2646 nəfərdir".

O cümlədən, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7655, ötən müddətdə isə 3943568 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 212 yoluxma