Azərbaycanda koronavirus: 2025 yoluxma

Foto: Meydan TV

“22 xəstə vəfat edib”

Noyabrın 17-də Azərbaycanda 2025 adam COVID-19 infeksiyasına yoluxub, 2 267 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 22 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 565 965 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 528 105 nəfər müalicə olunaraq sağalıb, 7 524 pasiyent ölüb. Aktiv xəstə sayı 30336 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 127, ötən müddətdə isə 5 392 281 testin aparıldığı vurğulanıb.

Ana səhifəXəbərlərAzərbaycanda koronavirus: 2025 yoluxma