Azərbaycanda koronavirus: 2015 yoluxma

Foto: Meydan.TV

“31 xəstə vəfat edib”

Noyabrın 16-da Azərbaycanda 2015 nəfər COVID-19 infeksiyasına yoluxub, 2 178 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Qeyd olunub ki, analiz nümunələri müsbət çıxan 31 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 563 940 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 525 838 nəfər müalicə olunaraq sağalıb, 7 502 pasiyent ölüb. Aktiv xəstə sayı 30600 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 035, ötən müddətdə isə 5 380 154 testin aparıldığı vurğulanıb.

Ana səhifəXəbərlərAzərbaycanda koronavirus: 2015 yoluxma