“Aktiv xəstə sayı 27 718 nəfərdir”
Oktyabrın 24-də Azərbaycanda 1924 adam COVID-19 infeksiyasına yoluxub, 1873 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Analiz nümunələri müsbət çıxan 23 xəstənin vəfat etdiyi qeyd olunub.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 578 627 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 543 200 nəfər müalicə olunaraq sağalıb, 7709 pasiyent ölüb. Aktiv xəstə sayı 27 718 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 584, ötən müddətdə isə 5 473 157 testin aparıldığı göstərilib.