Azərbaycanda koronavirus: 19 xəstə vəfat edib

Foto: Meydan TV

“Aktiv xəstə sayı 26 min 198 nəfərdir”

Fevralın 22-də Azərbaycanda 2372 adam COVID-19 infeksiyasına yoluxub, 4616 nəfər müalicə olunaraq sağalıb.
Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Analiz nümunələri müsbət çıxan 19 xəstənin vəfat etdiyi bildirilib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 777 min 804 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 742 min 326 nəfər müalicə olunaraq sağalıb, 9280 pasiyent ölüb. Aktiv xəstə sayı 26 min 198 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 318, bu günə qədər isə 6 milyon 501 min 358 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 19 xəstə vəfat edib