Azərbaycanda koronavirus: 18 xəstə vəfat edib

Foto: Meydan.TV

“3192 yoluxma”

Yanvarın 26-da Azərbaycanda 3192 adam COVID-19 infeksiyasına yoluxub, 1 259 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Analiz nümunələri müsbət çıxan 18 xəstənin vəfat etdiyi qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 640 148 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 619 050 nəfər müalicə olunaraq sağalıb, 8 650 pasiyent ölüb. Aktiv xəstə sayı 12448 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 544, ötən müddətdə isə 6 094 493 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 18 xəstə vəfat edib