Azərbaycanda koronavirus: 1772 yoluxma

Foto: Meydan TV

“21 xəstə vəfat edib”

Dekabrın 2-də Azərbaycanda 1772 adam COVID-19 infeksiyasına yoluxub, 2103 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 21 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 591 min 885 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 558 min 819 nəfər müalicə olunaraq sağalıb, 7 min 905 pasiyent ölüb. Aktiv xəstə sayı 25 min 161 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 341, bu günə qədər isə 5 milyon 565 min 190 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 1772 yoluxma