“Aktiv xəstə sayı 2 min 618 nəfərdir”
Martın 10-da Azərbaycanda 270 adam COVID-19 infeksiyasına yoluxub, 564 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Analiz nümunələri müsbət çıxan 17 xəstənin vəfat etdiyi bildirilib.
Operativ Qərargah Azərbaycanda indiyədək 790 min 153 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 777 min 960 nəfər müalicə olunaraq sağalıb, 9 mın 575 pasiyent ölüb. Aktiv xəstə sayı 2 min 618 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 356, bu günə qədər isə 6 milyon 617 min 758 testin icra olunduğu göstərilib.