“1365 nəfər sağalıb”
Dekabrın 22-də Azərbaycanda 648 adam COVID-19 infeksiyasına yoluxub, 1365 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, analiz nümunələri müsbət çıxan 16 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 612 min 205 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 590 min 155 nəfər müalicə olunaraq sağalıb, 8 min 238 pasiyent ölüb. Aktiv xəstə sayı 13 min 812 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 891, bu günə qədər isə 5 milyon 777 min 429 testin icra olunduğu göstərilib.