“424 nəfər müalicə olunaraq sağalıb”
Mayın 24-də Azərbaycanda 156 adam COVİD-19 infeksiyasına yoluxub, 424 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, analiz nümunələri müsbət çıxan 7 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 332 min 610 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
"Onlardan 321 min 132 nəfər müalicə olunaraq sağalıb, 4867 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 6611 nəfərdir".
O cümlədən, ötən müddətdə 3 milyon 458 min 790 testin aparıldığı göstərilib: “Bugünkü test sayı isə 5546-dır".