Azərbaycanda koronavirus: 149 yoluxma, 431 sağalma

Foto: Meydan.TV

“13 xəstə vəfat edib”

Martın 7-də Azərbaycanda 149 nəfər COVID-19 infeksiyasına yoluxub, 431 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, analiz nümunələri müsbət çıxan 13 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 789 481 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 775 706 nəfər müalicə olunaraq sağalıb, 9531 pasiyent ölüb. Aktiv xəstə sayı 4244 nəfərdir”.

Son sutkada 3512, hazırkı dövrədək isə 6 603 318 testin aparıldığı deyilir.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 149 yoluxma, 431 sağalma