Azərbaycanda koronavirus: 14 xəstə vəfat edib

Foto: Meydan.TV

“637 adam yoluxub”

Yanvarın 11-də Azərbaycanda 637 adam COVID-19 infeksiyasına yoluxub, 392 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 14 xəstənin vəfat etdiyi qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 622 min 236 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 606 min 311 nəfər müalicə olunaraq sağalıb, 8 min 471 pasiyent ölüb. Aktiv xəstə sayı 7 min 454 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 333, bu günə qədər isə 5 milyon 957 min 603 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 14 xəstə vəfat edib