“19 xəstə vəfat etdi”
Dekabrın 9-da Azərbaycanda 1315 adam COVID-19 infeksiyasına yoluxub, 1850 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 19 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 601 min 28 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 571 min 88 nəfər müalicə olunaraq sağalıb, 8 min 38 pasiyent ölüb. Aktiv xəstə sayı 21 min 902 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 799 , bu günə qədər isə 5 milyon 644 min 853 testin icra olunduğu göstərilib.