“20 min 569 nəfər aktiv xəstə var”
Dekabrın 11-də Azərbaycanda 1117 adam COVID-19 infeksiyasına yoluxub, 1581 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 15 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 603 min 254 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 565 min 574 min 615 nəfər müalicə olunaraq sağalıb, 8 min 70 pasiyent ölüb. Aktiv xəstə sayı 20 min 569 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 81, bu günə qədər isə 5 milyon 666 min 464 testin icra olunduğu göstərilib.