Azərbaycanda koronavirus: 11 yoluxma, 34 sağalma

Koronavirus. Mənbə: Meydan TV

“1 xəstə vəfat edib”

Aprelin 28-də Azərbaycanda 11 nəfər COVID-19 infeksiyasına yoluxub, 34 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Analizləri nümunələri müsbət çıxan xəstələrdən bir nəfərin vəfat etdiyi qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 min 545 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 782 min 728 nəfər müalicə olunaraq sağalıb, 9 min 709 pasiyent ölüb. Aktiv xəstə sayı 108 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 088, bu günə qədər isə ümumilikdə 6 milyon 808 min 651 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 11 yoluxma, 34 sağalma