Azərbaycanda koronavirus: 1038 yoluxma, 3324 sağalma

Foto: Meydan TV

“26 xəstə vəfat edib”

Fevralın 21-də Azərbaycanda 1038 nəfər COVID-19 infeksiyasına yoluxub, 3 324 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 26 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 775 432 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 737 710 nəfər müalicə olunaraq sağalıb, 9 261 pasiyent ölüb. 28 461 nəfər aktiv xəstə sayını təşkil edib”.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 683, bu günə qədər isə 6 491 040 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 1038 yoluxma, 3324 sağalma