“56 nəfər yoluxub, 24 pasiyent sağalıb”
Martın son günü Azərbaycanda 56 nəfər COVID-19 infeksiyasına yoluxub, 24 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 1 xəstənin vəfat etdiyi bildirilib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 791 min 932 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 781 min 889 nəfər müalicə olunaraq sağalıb, 9 mın 692 pasiyent ölüb. Aktiv xəstə sayı 351 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 489, bu günə qədər isə 6 milyon 701 min 673 testin icra olunduğu göstərilib.