Azərbaycanda koronavirus: 1 356 yoluxma

“Aktiv xəstə sayı 28 308 nəfərdir”.

Foto: Meydan.TV


"17 xəstə vəfat edib"

Sentyabrın 22-də Azərbaycanda 1 356 adam COVİD-19 infeksiyasına yoluxub, 2 651 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 17 xəstənin vəfat etdiyi qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 476 409 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

"Onlardan 441 731 nəfər müalicə olunaraq sağalıb, 6 370 pasiyent ölüb. Aktiv xəstə sayı 28 308 nəfərdir".

O cümlədən, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 546, ötən müddətdə 4 778 393 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 1 356 yoluxma