“9 xəstə vəfat edib”
Yanvarın 7-də Azərbaycanda 547 adam COVID-19 infeksiyasına yoluxub, 631 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 9 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 620 min 49 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 604 min 537 nəfər müalicə olunaraq sağalıb, 8 min 431 pasiyent ölüb. Aktiv xəstə sayı 7 min 81 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 139, bu günə qədər isə 5 milyon 922 min 366 testin icra olunduğu göstərilib.