"Hazırda aktiv xəstə sayı 1389 nəfərdir"
İyulun 10-da Azərbaycanda 136 adam COVID-19 infeksiyasına yoluxub, 57 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 2 xəstənin vəfat etdiyi qeyd olunub.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 337 098 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
"Onlardan 330 725 nəfər müalicə olunaraq sağalıb, 4 984 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 1389 nəfərdir".
Qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10463, ötən müddətdə isə 3 842 136 testin aparıldığını göstərib.