Azərbaycanda hər kəsin 1150 manat borcu var

Dövlətlə ARDNŞ-in birgə borcu 10 milyarddan artıqdır

Source:


Dövlətlə ARDNŞ-in birgə borcu 10 milyarddan artıqdır

“İlk dəfə olaraq ADRNŞ-nin borc öhdəlikləri Azərbaycan dövlətinin borc öhdəliklərindən çox olub”.

Bu barədə iqtisadçı Qubad İbadoğlu özünün Facebook səhifəsində yazıb.

İqtisadçı deyir ki, ARDNŞ son 5 ildə ilk dəfə olaraq 2014-cü ilin maliyyə hesabatını ilin ikinci yarısından etibarən özünün internet səhifəsi vasitəsilə əlçatan edib: “Maliyyə məlumatlarının təhlili göstərir ki, hesabat dövründə cəmi borclar 812 milyon manat artaraq 5 milyard 797 milyon manata çatıb. Borcların 2 milyard 212 milyon manatını qısamüddətli borc öhdəlikləri təşkil edib. Borcların struktur təhlili göstərir ki, 1 il ərzində artımın 91,4 faizi və ya 748 milyon manatı qısamüddətli borc öhdəlikləri olub. Müqayisə üçün qeyd edək ki, 01 yanvar 2015-ci il tarixə Azərbaycan Respublikasının xarici dövlət borcu 5 milyard 81 milyon manat olub ki, bu da ARDNŞ-nin borcundan 716 milyon manat azdır. Onların birlikdə borcu 10 milyard 878 milyon manat olub ki, bu da adambaşına 1150 manat borc deməkdir.

Ana səhifəXəbərlərAzərbaycanda hər kəsin 1150 manat borcu var