Azərbaycanda həkimlərin sayı azalıb

Adil Qeybulla: ”Həkimlərin çoxu xaricə gedir”

Source:


Adil Qeybulla: ”Həkimlərin çoxu xaricə gedir”

2018-ci ildə Azərbaycanda həkimlərin ümumi sayı azalıb.



Report

” yazır ki, 2018-ci ilin ötən dövründə həkimlərin ümumi sayı 31 min 900 nəfər təşkil edib.

Bu rəqəm ötən il üçün 32 min 200 nəfər olub. Bu da 2017-ci illə müqayisədə 300 həkimin azalması deməkdir.

Eyni zamanda, orta tibb işçilərinin sayında da azalma qeydə alınıb. Belə ki, bu il üçün onların sayı 52 min 800 nəfər (keçən il 54 min 500 nəfər) təşkil edib.

Xəstəxana müəssisələrinin sayı isə 3 ədəd azalaraq 566 (keçən il 569) olub. Xəstəxana çarpayılarının sayına gəlincə, onların sayı 44 min 100-ə (keçən il 45 min 300) enib.

Professor Adil Qeybulla həkimlərin sayının azalmasının səbəbini miqrasiyada görür.

Adil Qeybulla Meydan TV-yə deyib ki, həkimlərin çoxu xaricə gedir. Ümumiyyətlə, bütün sahələrdə xaricə axın artıb, mütəxəsisslər xaricdə işləməyə üstünlük verir.

Adil Qeybulla
Adil Qeybulla

Professor hesab edir ki, bu axının fəsadları gələcəkdə Azərbaycanda mütəxəssis qıtlığında özünü göstərəcək.

“Ona görə hökumət mütəxəssislərin xaricə getməməsi üçün onlar üçün lazımi şərait yaratmalıdır”.

Ana səhifəXəbərlərAzərbaycanda həkimlərin sayı azalıb