”Azərbaycanda ermənilərin sayı, Zəngəzurda yaşayan azərbaycanlıların sayı qədər olmalıdır”

İsgəndər Həmidov: ”Məqsədimiz hakimiyyəti dəyişib islahatları xalqın istəyilə həyata keçirməkdir”

Source:
İsgəndər Həmidov
İsgəndər Həmidov


İsgəndər Həmidov: ”Məqsədimiz hakimiyyəti dəyişib islahatları xalqın istəyilə həyata keçirməkdir”

Yanvarın 26-da təsis olunan Azərbaycan Xalq Hərəkatında strukturlaşma ötən əsrin 80-ci illərində yaranan Xalq Cəbhəsi Hərəkatı üzrə gedir. Yerlərdə dayaq məntəqələri, ordan məclisə seçilənlər olacaq və son nəticədə qurultaya getmək.

Bunu Meydan TV-ə hərəkatın yaradıcılarından olan İsgəndər Həmidov deyib.

Onun sözlərinə görə, yeni təşkilatın məqsədi ölkədə köklü islahatlara nail olmaqdır.

İsgəndər Həmidov köklü islahatlar adı altında seçki qanunvericiliyinin təkmilləşdirilməsi, yəni komissiyaların bir partiyanın inhisarından çıxarılması, məhkəmələrin müstəqilliyinə nail olunması, mətbuat azadlığına təminat verən qanunvericiliyin qəbulu, səhiyyə, təhsil sistemində normal vəziyyətin yaradılması, icra hakimiyyətlərinin səlahiyyətlərinin bələdiyyələrin xeyrinə azaltmaq, iqtisadiyyatda məmur monopoliyasına və korrupsiyasına son qoymaq üçün struktur islahatlarının keçirilməsi, nəhayət, Dağlıq Qarabağla bağlı siyasi iradə nümayiş etdirməyi nəzərdə tutduğunu bildirib:

“Siyasi iradə o anlamı verir ki, Azərbaycan öz ərazisini işğalçılardan təmizləməlidir”.

Onun fikrincə Azərbaycanda ermənilərin sayı, Zəngəzurda yaşayan azərbaycanlıların sayı qədər olmalıdır.

“Onsuz da hakimiyyət sadaladığım islahatlara getməyəcək, ona görə də bizim məqsədimiz hakimiyyəti dəyişib islahatları xalqın istəyilə həyata keçirməkdir. Gündəlik müzakirə mövzusuna çevrilən Qarabağ qazilərinin sosial durumu da diqqətimizdə olacaq”.

İsgəndər Həmidov bildirib ki, Azərbaycan Xalq Hərəkatı partiyalar birliyi deyil, xalqın hərəkatı olduğu üçün rəhbərlik millətə məxsusdur:

“Təşkilata kollektiv və fərdi üzvlük var. Əsas istiqamət bölgələrə yönələcək. Biz Azərbaycanın ərazi bütövlüyünü istəyən demokratik islahatlara dəstək verən hər bir partiya ilə əməkdaşlığa hazırıq”.

Ancaq İsgəndər Həmidov düşünmür ki, xalq hərəkatı adlı təşkilat yaratmaq geriyə qayıtmaqdır:

“Sözsüz ki, keçmişə qayıtmaq gerilikdir. Amma biz keçmişə qayıtmırıq. 80-ci illərdə yaranan AXC-nin hədəfi Azərbaycanın müstəqilliyi idi, Xalq Hərəkatının hədəfi isə demokratik islahatlara nail olmaqdır, vətəndaşın səsinin eşidilməsidir. Hakimiyyət xalqda olmalıdır, şahda yox”.

Azərbaycan Xalq Hərəkatı yanvarın 26-da Demokrat Partiyasının qərargahında təsis konfransını keçirib. Təşkilata kollektiv və fərdi şəkildə üzv qəbul edilir.

Ana səhifəXəbərlər”Azərbaycanda ermənilərin sayı, Zəngəzurda yaşayan azərbaycanlıların sayı qədər olmalıdır”