Azərbaycanda dolların bahalaşması, avronun ucuzlaşması davam edir

Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,91 faiz artaraq 0,0160 manat səviyyəsində qərarlaşıb

Source:


Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,91 faiz artaraq 0,0160 manat səviyyəsində qərarlaşıb

Bu gün noyabrın 16-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 17-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 16-sı ilə müqayisədə 0,0003 manat və ya 0,03 faiz artaraq 1,0509 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,006 manat və ya 0,53 faiz azalaraq 1,1202 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,91 faiz artaraq 0,0160 manat səviyyəsində qərarlaşıb.

Ana səhifəXəbərlərAzərbaycanda dolların bahalaşması, avronun ucuzlaşması davam edir